
“gece.ws” ordunun rəsmi teleqram kanalına istinadən xəbər verir ki, əməliyyatın hədəfi qruplaşmanın atəş gücünü sıradan çıxarmaqdır.
“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Livandakı “Hizbullah” raketlərini hədəf almağa başlayıb”, – deyə mətbuat xidmətinin yaydığı qısa məlumatda bildirilir.
Xatırladaq ki, aprelin 11-də Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların başlaması gözlənilir. Livan cəbhəsindəki gərginliyin həmin danışıqların gedişatına necə təsir edəcəyi dünya birliyinin diqqət mərkəzindədir.