Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.03.2026 | 13:16 | Baxılıb: 3028
İsrailin xarici kəşfiyyat xidməti “Mossad” xüsusi bölmələrlə birlikdə İran ərazisində quru əməliyyatı həyata keçirib.

“gece.ws” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” televiziya kanalı mənbələrə istinadən məlumat yayıb.

İddiaya görə, bu hadisə martın 1-dən 2-nə keçən gecə baş verib. Bununla belə, İsrail hökuməti, İsrail Müdafiə Qüvvələri (SAXAL) və ya İran hakimiyyəti xəbəri rəsmi təsdiq etməyib.

Telekanal əməliyyatın məqsədlərini, iştirakçı sayını və mümkün nəticələrini açıqlamayıb. Həmçinin əməliyyatın İranın hansı bölgəsində keçirildiyi barədə də məlumat verilmir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.