Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.10.2026 | 03:00 | Baxılıb: 956
İsrail və Livan arasında birbaşa danışıqların gələn həftə ABŞ-nin paytaxtı Vaşinqtonda, Dövlət Departamentində keçirilməsi gözlənilir.

“gece.ws” xəbər verir ki, bu barədə “Associated Press” (AP) məsələ ilə tanış mənbəyə istinadən yaydığı məlumatda deyilir.

Bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Livanla birbaşa danışıqların “mümkün qədər tez” başlanması barədə göstəriş verib.

Məlumata əsasən, “Hizbullah”ın tərksilah edilməsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədi daşıyan danışıqların yaxın günlərdə start götürəcəyi gözlənilir.

Danışıqlarda ABŞ-ı Beyrutdakı səfir Mişel İssa, İsraili isə Vaşinqtondakı səfir Yeçiel Leyter təmsil edəcək. Livanı kimin təmsil edəcəyi isə hələlik açıqlanmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.