Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.31.2026 | 12:31 | Baxılıb: 1372
İsrailin müdafiə naziri İsrael Katz Livandakı Bofor qalasına nəzarətin ələ keçirildiyini açıqlayıb.

“gece.ws” xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində yazıb.

“İsrailin Baş naziri Benyamin Netanyahu və mənim göstərişimlə ordu Livanda manevrlərini genişləndirdi, ordu Litani çayını keçdi və Bofor qalasını ələ keçirdi”, - Katz qeyd edib.

Əlavə edilmiş görüntülərdə orta əsr qalası üzərində İsrail və Qolani Piyada Briqadasının bayraqları dalğalanır.

Qeyd edək ki, qala Livandakı Litani çayının şimalındakı təpəyə aiddir və Katz onu İsrail qoşunlarının təhlükəsizliyini təmin etmək üçün ən mühüm strateji nöqtələrdən biri adlandırır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.