
“gece.ws” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri İran rejiminin Tehrandakı əsas infrastrukturuna bir sıra zərbələr endirməyi başa çatdırıb. Zərbələrdən biri SEPAH-ın elmi-tədqiqat kompleksinə endirilib. Bu obyektdə İsrail Müdafiə Qüvvələri kompleksin ballistik raketlərin işlənib hazırlanması və istehsalı ilə bağlı təcrübə və sınaqların aparıldığı yeraltı zonasını hədəfə alıb”, - bəyanatda deyilir.
Bundan əlavə, İsrail tərəfinin “Əl-Qüds” xüsusi qüvvələrinin baş qərargahının obyektlərinə, həmçinin hava hücumundan müdafiə sistemlərinin istehsal sahələrinə zərbələr endirdiyi bildirilir.