
“gece.ws” “RİA Novosti”yə istinadən xəbər verir ki, sərnişin daşıyan ilk reyslər artıq ölkəni tərk etməyə başlayıb.
Hava limanının mətbuat xidməti də fəaliyyətin mərhələli şəkildə bərpa olunduğunu bildirib:
“Hava limanı uçuşlar üçün qismən fəaliyyətini bərpa edib. Aviasiya orqanları hər uçuş üçün sərnişin kvotasını 70-dən 100 nəfərə qədər artırıb”.
Məlumata görə, hazırda uçuşlar yalnız İsrailin yerli aviaşirkətləri – “El Al”, “Israir” və “Arkia” tərəfindən həyata keçirilir.
Xatırladaq ki, ABŞ və İsrailin əməliyyatları və Fars körfəzindəki bazalara endirilən cavab zərbələri fonunda İsrail hava məkanı martın əvvəlindən təhlükəsizlik səbəbindən tamamilə qapadılmışdı.