Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.16.2026 | 19:55 | Baxılıb: 786
ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında 10 günlük tarixi atəşkəs razılaşmasının əldə olunduğunu elan edib.

“gece.ws” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün “Truth Social” platformasında etdiyi paylaşımda bildirib.

Tramp hər iki ölkənin lideri – Livan Prezidenti Jozef Aun və İsrail Baş naziri Benyamin Netanyahu ilə səmərəli danışıqlar apardığını bildirib:

“Tərəflər arasında rəsmi atəşkəs rejimi bu gün, Şərq vaxtı ilə saat 17:00-da qüvvəyə minəcək. Bu, iki ölkə arasında son 34 ildə baş tutan ilk yüksəksəviyyəli təmasdır”.

Tramp həmçinin vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə daimi sülhün əldə olunması üçün tərəflərlə işləmək barədə tapşırıq verdiyini vurğulayıb:

“Dünya üzrə 9 müharibəni həll etmək mənim üçün şərəf idi, bu, 10-cu olacaq. Gəlin bu işi bitirək!”

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.