Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.02.2026 | 01:30 | Baxılıb: 1793
İsraildə fövqəladə vəziyyət rejimi uzadılıb.

“gece.ws” xəbər verir ki, bu haqda İsrailin “Channel 12” telekanalı məlumat yayıb.

Məlumata əsasən, İsrail hökuməti İranla davam edən gərginlik və hərbi əməliyyatlar fonunda ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimini martın 12-sinə qədər uzadıb.

Bu qərar çərçivəsində mülki vətəndaşların təhlükəsizlik risklərinin qarşısının alınması ilə bağlı tədbirlər davam etdiriləcək.

O da bildirilib ki, əməliyyatların gedişindən asılı olaraq fövqəladə vəziyyət daha tez də başa çatdırıla bilər.

Rejim əvvəlcə 28 fevralda İranın raket və hücumları nəticəsində tətbiq olunub və ölkədə məktəblərin və bəzi iş yerlərinin bağlanması, ictimai tədbirlərin məhdudlaşdırılması kimi addımlar atılıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Daily Mail”ə açıqlamasında əməliyyatların 4 həftəyə kimi çəkəcəyini bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.