Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.11.2026 | 08:50 | Baxılıb: 5247
İsrail ordusu İranın zərbələri nəticəsində ölən və yaralananların sayını açıqlayıb.

“gece.ws” xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, İrandan hər gün fasilələrlə raket hücumları həyata keçirilir. Eyni zamanda, “Hizbullah”ın Livan ərazisindən tank əleyhinə və qısa mənzilli raketlərlə hücumlara qoşulduğu qeyd olunub.

Məlumata əsasən, İranın cavab hücumları nəticəsində ölkədə 12 nəfər həlak olub, 200 nəfər yaralanıb və onlardan 7-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, İran rəsmilərinin açıqlamasına əsasən, ABŞ və İsrailin hücumları nəticəsində ölkədə ümumilikdə 1332 nəfər həyatını itirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.