Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.07.2026 | 17:17 | Baxılıb: 4198
İsrail Xarici İşlər Nazirliyi İstanbulda ölkə konsulluğu yaxınlığında baş verən silahlı insidenti pisləyib.

“gece.ws” xəbər verir ki, bu barədə İsrail XİN-in “X” hesabında paylaşım edilib.

“Bu gün İstanbulda İsrail konsulluğuna qarşı terror aktını şiddətlə qınayırıq. Türkiyənin təhlükəsizlik qüvvələrinin bu hücumun qarşısını almaq üçün operativ tədbirlərini yüksək qiymətləndiririk. Dünya üzrə İsrail nümayəndəlikləri saysız-hesabsız təhdidlərə və terror hücumlarına məruz qalıb. Terror bizi qorxutmayacaq”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün İstanbulda İsrail konsulluğununun da yerləşdiyi binanın qarşısında 3 silahlı şəxs polislərə hücum edib. Hadisə nəticəsində 2 polis yaralanıb. Hadisəni törədən bir nəfər zərərsizləşdirilib, digər ikisi isə yaralı olaraq ələ keçirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.