Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.07.2026 | 12:52 | Baxılıb: 1584
İsrailin mərkəzi bölgəsində baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, azı 4 nəfər yaralanıb.

“gece.ws” “The Times of Israel”ə istinadən xəbər verir ki, hadisə Koçav Yair yaşayış məntəqəsində qeydə alınıb.

İsrail polisi hadisə ilə bağlı iki şübhəlinin müəyyən edildiyini bildirib. Onlardan biri saxlanılıb, digəri isə hələ də azadlıqdadır və təhlükəsizlik qüvvələri tərəfindən axtarılır.

Hadisənin eyni ərazidə, İordan çayının Qərb Sahili ilə ayıran təhlükəsizlik səddi yaxınlığında üç fərqli nöqtədə baş verdiyi bildirilir.

Rəsmilər insidenti mümkün terror hücumu kimi qiymətləndirir. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, araşdırma və əməliyyat tədbirləri davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.