Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.03.2026 | 12:34 | Baxılıb: 2622
İsrailin quru qoşunları Livanın cənubuna daxil olub.

“gece.ws” İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb. 

Məsələ barədə danışan müdafiə naziri İsrael Katz bildirib ki, quru qoşunlarının cənubi Livanda irəliləməsi İsrail yaşayış məntəqələrinə birbaşa atəşin qarşısını almaq məqsədi daşıyır:

“Baş nazir Binyamin Netanyahu və mən İsrail Müdafiə Qüvvələrinə Livanda irəliləməyə və əlavə dominant ərazilər ələ keçirməyə, həmçinin sərhəd yaşayış məntəqələrini oradan müdafiə etməyə icazə vermişik”.

O, “Hizbullah”a qarşı əməliyyatın uğurla həyata keçirildiyini, terror təşkilatının İsrailə zərbə endirmənin ağır fasadlarını görəcəyini qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.