
“gece.ws” xəbər verir ki, G.Saar bu barədə “X” hesabında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündən fotolar paylaşaraq yazıb.
“Yerusəlimdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla yenidən görüşməkdən məmnun oldum. ABŞ Prezidentin Donald Trampın Qəzza Planı və Azərbaycan-Ermənistan məsələsi ilə yanaşı, ikitərəfli və iqtisadi əlaqələrimizin dərinləşməsi barədə faydalı müzakirələr apardıq.
2025-ci ildə israilli turistlərin Azərbaycana səfərlərində əhəmiyyətli artım qeydə alınıb və biz bu sahəni təşviq etməyə davam edəcəyik. Tezliklə Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm. Yaxın münasibətlərimizi möhkəmləndirməyə davam edəcəyik”, - paylaşımda qeyd olunub.
