Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.04.2026 | 02:14 | Baxılıb: 2448
İstanbul boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

“gece.ws” TRT-yə istinadən xəbər verir ki, buna səbəb Barbados bayrağı altında üzən “TRACKHOUND” adlı yük gəmisində baş verən mühərrik nasazlığıdır.

Hadisə ilə əlaqədar olaraq Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus “Rescue-5” və “Nazım Tur” yedək gəmiləri, həmçinin KEGM-5 qayığı dərhal əraziyə cəlb edilib.

Məlumata görə, nasazlıq olan gəmi Çubuklu Bərə Terminalı yaxınlığında yerləşir. Hazırda müvafiq qurumların müdaxiləsi davam edir və gəminin təhlükəsiz şəkildə ərazidən uzaqlaşdırılması üçün tədbirlər görülür.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.