Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İstanbul derbisini bu dəfə də əcnəbi hakimlər idarə edəcək
 
						İstanbul derbisini bu dəfə də əcnəbi hakimlər idarə edəcək
Əlavə olunub: 03.17.2025 | 22:15 | Baxılıb: 1934
Türkiyə Super Liqasında daha bir matçı əcnəbi hakimlər idarə edəcək.

“gece.ws” yerli mətbuata istinadən xəbər verir ki, 28-ci tur çərçivəsində keçiriləcək “Beşiktaş” - “Qalatasaray” derbisi İrfan Pelitoya tapşırılıb.

Türkiyə Futbol Federasiyasının bununla bağlı Bosniya və Herseqovina Futbol Federasiyasına müraciət etdiyi bildirilib.

Martın 29-da baş tutacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl “Qalatasaray” - “Fənərbaxça” görüşünü (0:0) sloveniyalı hakim Slavko Vinçiç idarə etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.