Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.10.2026 | 16:54 | Baxılıb: 5550
İstanbulda Lətifə İbadova adlı azərbaycanlı qadın yaşadığı evdə ölü tapılıb.

“gece.ws” Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən aşkarlanan 57 yaşlı qadının meyiti üzərində zorakılıq əlaməti aşkarlanmayıb. 

Bununla belə, evdəki masanın üzərində narkotik vasitənin tapıldığı bildirilib. 

Faktla bağlı araşdırma aparılır.

Qonşular İbadovanın Fərhad adlı bir şəxslə eyni evdə yaşadığını bildiriblər. Məhəllə sakinlərinin iddiasına görə, Fərhad adlı həmin şəxs əraziyə polis əməkdaşları gəlməmişdən bir qədər əvvəl evi tərk edib. Həmin şəxsin saxlanılması istiqamətində əməliyyat aparılır.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.