“gece.ws” xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tuncun bəyanatında deyilir.
“İstanbul Baş Prokurorluğu CHP-nin vilayət qərargahı qarşısında baş verən hadisələr və sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edən şəxslərlə bağlı məhkəmə araşdırmasına başlayıb”, - nazir söyləyib.
Bildirilib ki, İstanbulun bəzi rayonlarında yığıncaq və mitinqlərə 3 günlük qadağa tətbiq edilməsindən sonra polis təhlükəsizlik tədbirləri görüb və müxalifət partiyasının binasına giriş-çıxışları bağlayıb.
“İstanbul 45-ci Asliye Hüquq Məhkəməsi CHP-nin İstanbul vilayət idarəsi və onun rəhbərliyi üçün ehtiyat tədbiri olaraq müvəqqəti komissiya təyin edib", - Tunc əlavə edib.