Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.29.2026 | 18:42 | Baxılıb: 3381
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin son telefon danışığı zamanı onu seçkilərdəki qələbə münasibətilə təbrik etmədiyini bildirib.

“gece.ws” xəbər verir ki, bu barədə Ermənistan lideri jurnalistlərin suallarını cavablandırarkən deyib.

“İstəmədi, təbrik etmədi”, – deyə o, suala lakonik şəkildə cavab verib.

Bununla belə, Paşinyan əlavə edib ki, tərəflər yaxın gələcəkdə üzbəüz görüşün keçirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, liderlər arasında son telefon danışığı iyulun 27-də baş tutub. Söhbət zamanı ikitərəfli iqtisadi münasibətlər, habelə Ermənistanın inteqrasiya kursu məsələləri müzakirə olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.