
“gece.ws” xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Qımılqazma kəndi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi kvadrosikl beton maneəyə çırpılıb. Nəticədə o aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Bildirilib ki, E.Yusifov Qubaya istirahət məqsədilə gedibmiş. O, ailənin tək övladı imiş.
Faktla bağlı araşdırma aparılır.
***
Kvadrosikl qəzasında həlak olan Elçin Yusifovun fotosunu təqdim edirik:
