Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.19.2026 | 01:01 | Baxılıb: 3540
DÇ-2026-nın B qrupunda İsveçrə və Bosniya və Herseqovina yığmaları Los-Anceles şəhərindəki “Los Angeles” stadionunda qarşılaşıb.

“gece.ws” xəbər verir ki, qolların oyunun son 15 dəqiqəsində vurulduğu qarşılaşma İsveçrə millisinin 4:1 hesablı darmadağını ilə başa çatıb.

Matçda hesabı 74-cü dəqiqədə İsveçrənin heyətində Yohan Manzambi açıb. 80-ci dəqiqədə bosniyalı Tarik Muharemoviç qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub və bu, oyunun taleyini həll edib.

Azlıqda qalan rəqibini sıxışdıran Hakan Yakının yetirmələri 84-cü dəqiqədə Varqasla fərqi artırıblar. 90-cı dəqiqədə Manzambi dublunu rəsmiləşdirib. Bosniya və Herseqovina 93-cü dəqiqədə Mahmiçlə təsəlli qolunu vursa da, matçda son nöqtəni 90+7-ci dəqiqədə Qranit Caka qoyub.

Bu nəticədən sonra xallarını 4-ə yüksəldən İsveçrə növbəti mərhələ üçün böyük üstünlük qazanıb. Komanda qrupdakı son matçında Kanada ilə üz-üzə gələcək. Aktivində cəmi 1 xal olan Bosniya və Herseqovina isə son oyunda Qətərlə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, bu qrupun digər oyununda Kanada və Qətər yığmaları qarşılaşır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.