Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.04.2026 | 13:27 | Baxılıb: 788
“İsveçrə və Azərbaycan uzunmüddətli dost münasibətlərinə malikdir”.

“gece.ws” xəbər verir ki, bunu İsveçrənin federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

İ.Kassisin sözlərinə görə, iki ölkə arasında investisiyaları artırmaq imkanları da mümkündür: “Azərbaycanın geosiyasi yerləşməsi ona geohub rolunu oynamaq imkanı verir”.

Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə gəldikdə isə Kassis bunları qeyd edib: “Bir ildir ki, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub. İsveçrə bu prosesi hər zaman dəstəkləməyə hazırdır”.

Günel İbrahimova 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.