Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.31.2026 | 12:22 | Baxılıb: 2552
İtaliya millisi və “Milan”ın əfsanəvi futbolçusu Franko Barezi vəfat edib.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, illərdir ağır xəstəliklə mübarizə aparan veteran müdafiəçi 66 yaşında dünyasını dəyişib.

Franko Barezi klub karyerası ərzində yalnız “Milan”ın formasını geyinib. 1978-ci ildən 1997-ci ilə qədər bu komandada çıxış edən əfsanəvi oyunçu 6 dəfə İtaliya çempionluğunu, 4 dəfə ölkə Superkubokunu qazanıb, həmçinin 3 dəfə Çempionlar Liqasının, 1 dəfə isə UEFA Superkubokunun qalibi olub.

Qeyd edək ki, İtaliya milli komandasında 81 oyun keçirən Barezi 1982-ci ildə dünya çempionatının qızıl medallarına sahib çıxıb. O, həmçinin DÇ-1990-da bürünc, DÇ-1994-də isə gümüş mükafat əldə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.