Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.28.2025 | 11:06 | Baxılıb: 2181
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdulla Novruz oğlu Quliyevlə vida mərasimi keçirilib.

“gece.ws” “Report”a istinadən xəbər verir ki, mərasim Yasamalda şəhidin ailə üzvlərinə məxsus evdə baş tutub.

Tədbirdə mərhumun yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Abşeron rayonu Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid Abdulla Quliyev 26 oktyabr 1968-ci ildə Göyçayda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. A.Quliyev 8 may 1992-ci ildən Şuşa şəhərində itkin düşmüş hesab edilirdi.

***

İtkin şəhid Abdulla Novruz oğlu Quliyev dəfn olunub.

Şəhidin nəşinin qalıqları Abşeron rayonu Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Sumqayıt şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Lətif Şahhüseynovla vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin doğmaları, Sumqayıtın rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Sumqayıt şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Mübariz Ağahüseyn oğlu Şahmurovla vida mərasimi keçirilib.

Mərasim Bakıda şəhidin ailə üzvlərinə məxsus evdə baş tutub.

Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, M.Şahmurov 1992-ci il fevralın 26-da 29 yaşında Xocalıda şəhid olub.













Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.