
“gece.ws” “Report”a istinadən xəbər verir ki, Bakının Xətai rayonunda mərhumun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu gün eyni zamanda digər itkin şəhidlər Əliyar Fərrux oğlu Əliyev, Rəfael Sultan oğlu Abbasov və İlham İmdad oğlu Mehdiyevlə də vida mərasimi keçirilib.
Mərasimlər başa çatdıqdan sonra onların nəşinin qalıqları Suraxanı rayonu “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhidlər Azər Bayramov, R.Abbasov, Əliyar Əliyev və İlham Mehdiyev Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak ediblər. A.Bayramov və R.Abbasov 8 may, Ə.Əliyev isə 5 may 1992-ci ildə Şuşa şəhərində, İ.Mehdiyev isə 26 fevral 1992-ci ildə Xocalı şəhərində itkin düşmüş hesab edilirdi.
***
33 il sonra tapılan itkin şəhidlər dəfn olunublar.
Şəhidlərin nəşlərinin qalıqları Suraxanı rayonu “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində onların yaxınları, dövlət, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.






