Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.29.2025 | 10:47 | Baxılıb: 4595
“Qarabağ”ın sabiq futbolçusu Juninyo Olavio qışda komandasını dəyişə bilər.

“gece.ws” Braziliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı forvard “Flamenqo”da qalmaq istəmir. 

O, əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün bu cür qərar verib. Juninyo hətta komandanın 23 nəfərlik iştirak ərizəsinə də daxil edilmir. 

Juninyonun “Qarabağ”a qayıtmaq variantı da var. Ağdam klubu yay “transfer pəncərəsi”ndə onu heyətinə qatmaq istəsə də, “Flamenqo"in baş məşqçisi Felipe Luis buna mane olmuşdu.

Qeyd edək ki, Juninyo Olavio 2023-cü ilin yayından 2025-ci ilin yanvarına qədər “Qarabağ”ın formasını geyinib. O, 5 milyon avro qarşılığında Braziliya klubuna satılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.