Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Juninyo qol vurub komandasına qələbə qazandırdı - Video
 
						Juninyo qol vurub komandasına qələbə qazandırdı 
							 - Video
Əlavə olunub: 04.04.2025 | 10:00 | Baxılıb: 2566
Cənubi Amerikada Libertadores Kubokunun qrup mərhələsinə start verilib.

“gece.ws” xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu Juninyonun çıxış etdiyi Braziliyanın “Flamenqo” klubu səfərdə Venesuela təmsilçisi “Deportivo Taçira” ilə üz-üzə gəlib. 

Braziliyalılar bu görüşdə 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 57-ci dəqiqədə məhz Juninyo vurub. 

Juninyo həm də matçın ən yaxşı oyunçusu seçilib və xüsusi mükafata layiq görülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.