Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kadi “Turan-Tovuz”un qapıçısından üzr istəyib
 
						Kadi “Turan-Tovuz”un qapıçısından üzr istəyib
Əlavə olunub: 03.28.2025 | 22:57 | Baxılıb: 4727
Premyer Liqanın 28-ci turunda “Qarabağ”a qarşı keçirilən oyunda (1:4) “Turan Tovuz”un qapıçısı İvan Konovalovla Kadi Borges arasında mübahisə yaşanıb. 

“gece.ws” xəbər verir ki, oyundan sonra jurnalistlərə açıqlamasında rusiyalı qolkiper bu barədə geniş danışmaq istəmədiyini söyləyib. 

“Kadi penaltidən hesabı açdıqdan sonra sizə nə dedi ki, insident yaşandı?” sualına cavabında Konovalov deyib: “Bu, ikimiz arasında olan məsələdir. O, daha sonra hərəkətinə görə üzr istədi. Odur ki, bu məsələni müzakirə etməyə dəyməz. O dedi, mən dedim, daha sonra yaxınlaşdı və sözlərinə görə üzrxahlıq etdi”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.