Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.08.2026 | 15:15 | Baxılıb: 7605
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov çeçenəsilli UFC döyüşçüsü Həmzat Çimayevə “Mercedes-Maybach” avtomobili hədiyyə edib.

“gece.ws” Rusiya mətbuatına istinadən xəbər verir ki, hədiyyənin qiyməti açıqlanmasa da, onun minimum komplektasiyada qiymətinin 20 milyon rubldan (təxminən 458 000 AZN) başladığı bildirilir. 

Bu, Həmzat Çimayevin Kadırov ailəsindən aldığı ilk hədiyyə deyil. Belə ki, idmançıya 2021-ci ildə 2, 2023-cü ilin oktyabrında isə daha bir “Mercedes” avtomobili hədiyyə olunub. Sonuncu avtomobilin qiymətinin minimum 16 milyon rubl (təxminən 366 000 AZN) olduğu bildirilirdi. 

Qeyd edək ki, Çimayev Adam Kadırovun “K13” energetik içki brendinin reklamını sosial şəbəkə hesablarında paylaşmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.