Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.04.2026 | 12:09 | Baxılıb: 2174
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas mayın 5-də Azərbaycana səfər edəcək.

“gece.ws” xəbər verir ki, bu barədə məlumat Avropa Xarici Fəaliyyət Xidmətinin saytında yer alıb. 

Bildirilib ki, Kallas səfər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, eləcə də xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Xatırladaq ki, Avropa Komissiyasının vitse-prezidenti sonuncu dəfə ötən ilin aprelində Bakıya səfər etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.