
“gece.ws” xəbər verir ki, Pemberton (31,5°C) və Litton (31,9°C) daxil olmaqla, ştatın 19 bölgəsində gündəlik temperatur rekordları yenilənib.
Meteoroloqlar isti havanın bölgəyə hakim olan yüksəktəzyiqli hava kütləsi ilə əlaqəli olduğunu bildirir və proqnozlara görə, həftənin ortalarına qədər hava bir qədər soyuyacaq, lakin həftəsonuna yaxın yenidən istilik dalğası geri dönəcək.
İsti hava yalnız termometrləri deyil, həm də elektrik sistemini sınayır. Ventilyator və kondisionerlərin geniş istifadəsi nəticəsində “B.C. Hydro” elektrik tələbatının təxminən 7600 meqavatta çatdığını açıqlayıb ki, bu, may ayı üçün indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.
Hava şəraiti həm də yanğın riskini artırıb. Cənub sahillərdə tonqal qalamaq qadağan edilib.