Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.12.2026 | 15:38 | Baxılıb: 2944
“Güclü Ermənistan” partiyası ölkənin Baş naziri vəzifəsinə namizədini elan edib.

“gece.ws” Ermənistan mətbuatına istinadən xəbər verir ki, iyunun 7-si keçiriləcək seçkilərdə partiyanın namizədi erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan olacaq.

Bu barədə partiyanın təqdimatında S.Karapetyanın təşəbbüsü ilə yaradılmış “Öz yolumuzla” adlı hərəkatın koordinatoru Narek Karapetyan bəyan edib.

Qeyd edək ki, “Güclü Ermənistan”ın ötən gün keçirilmiş qurultayında Samvel Karapetyan sədr seçilib. Onun təxminən 4,5 milyard dollar sərvətə malik olduğu bildirilir.

Ermənistan qanunvericiliyinə görə, ikili vətəndaşlığı olan şəxslər baş nazir vəzifəsinə seçilə bilməz.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.