Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.16.2026 | 13:27 | Baxılıb: 1316
Ermənistanda rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının bir neçə tərəfdarı saxlanılıb. 

“gece.ws” xəbər verir ki, bu barədə partiyanın üzvü Qoar Meloyan “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, bu gün səhər saatlarından etibarən “Güclü Ermənistan” partiyasına qarşı kampaniya başlayıb. Kampaniya çərçivəsində axtarışlar həyata keçirilib, partiyanın tərəfdarları və adı seçki siyahısında olan bir üzvü zorla gətirilməyə məruz qalıb.

“Qadınların hədəfə alınması narahatlıq doğurur”, - Meloyan qeyd edib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.