Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.04.2026 | 11:56 | Baxılıb: 1672
Paytaxtın Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən oğurluq edilib.

“gece.ws” xəbər verir ki, həmin tibb mərkəzindən polisə müraciət olunaraq, kassadan 5000 manatın talandığı bildirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.