Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.10.2026 | 10:31 | Baxılıb: 7062
Ötən gün paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində keçmiş həyat yoldaşı 44 yaşlı Amalya Qəhrəmanovanı ov tüfəngi ilə güllələyərək öldürməkdə şübhəli bilinən 43 yaşlı Zaur Qəhrəmanovun vəziyyəti açıqlanıb. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  “gece.ws"in sorğusuna cavab olaraq bildirilib ki, Zaur Qəhrəmanovun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

“Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir”, - məlumatda qeyd edilib.

Lamiyə Məmmədova

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.