Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.01.2025 | 20:19 | Baxılıb: 10762
Finlandiyanın Espoo şəhərində azərbaycanlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

“gece.ws” xəbər verir ki, bu barədə Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrlərindən Arzu Oqtay feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, hadisə avqustun 29-da qeydə alınıb. O, qadının amansızlıqla qətlə yetirildiyini bildirib.

Adı açıqlanmayan 30 yaşlı qadının iki uşaq anası olduğu bildirilir.

Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.