Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.01.2026 | 13:19 | Baxılıb: 1311
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

“gece.ws” xəbər verir ki, Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında səfərdən görüntülər paylaşıb.

“Diplomatik korpusun üzvləri ilə birlikdə Qarabağa səfər edirik. Səfərimiz Xocalı Soyqırımı Memorialını ziyarət etməklə başladı. Keçmişin bəzi xatirələrinə göz yuma bilmərik. Xocalı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad etdik”, - deyə paylaşımda qeyd olunub.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.