
“gece.ws” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar 12 ildir davam edən evlilikləri ilə şou dünyasının nümunəvi cütlüklərindən sayılırlar.
B.Saat bildirib ki, münasibətlərinin ilk aylarında birlikdə Los-Ancelesə səfər ediblər və həmin günlər onlar üçün olduqca romantik keçib: “İndi buna “love bombing” deyirlər. Geriyə baxanda həqiqətən də elə olduğunu düşünürəm. Hər ikimiz bir-birimizə çox aşiq idik”.
Aktrisa həyat yoldaşının onun üçün bəstələdiyi “Aşka türlü şeyler” mahnısının yaranma hekayəsini belə xatırlayıb: “Səhər gitaranın səsinə oyandım. Kenan həmin an “Aşka türlü şeyler” mahnısını bəstələyirdi. Məhz o an həqiqətən Kenana aşiq olduğumu hiss etdim. Bu, mənə çox təsir etmişdi”.
Qeyd edək ki, Beren Saat və Kenan Doğulu 29 iyul 2014-cü ildə ABŞ-nin Los-Anceles şəhərində keçirilən mərasimlə ailə həyatı qurublar.



