Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Kəpəz” “Səbail”ə, “Zirə” “Şamaxı”ya qarşı
 
						“Kəpəz” “Səbail”ə, “Zirə” “Şamaxı”ya qarşı
Əlavə olunub: 03.30.2025 | 09:40 | Baxılıb: 1143
Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura yekun vurulacaq.

“gece.ws” xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

“Kəpəz” Tovuzda “Səbail”lə qarşılaşacaq.

Turun qapanış matçında “Zirə” “Şamaxı”nı qəbul edəcək.

Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Qarabağ” “Turan Tovuz”a 4:1 hesabıyla qalib gəlibsə, “Neftçi” – “Araz-Naxçıvan” (1:1) və “Sumqayıt” – “Sabah” (3:3) matçlarında qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası
28-ci tur
30 mart

“Kəpəz” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
Tovuz şəhər stadionu, 16:00.

“Zirə” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 18:00.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.