Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.02.2026 | 20:44 | Baxılıb: 1562
Azərbaycan Premyer Liqasında XXX tura start verilib.

“gece.ws” xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında “Sumqayıt” Yevlaxda “Kəpəz”in qonağı olub. Gəncə təmsilçisi rəqibi üzərində əzmkar qələbə qazanıb - 2:1.

Digər oyunda isə “Araz-Naxçıvan” Sumqayıtda “İmişli”ni sınağa çəkib. Görüş nominal qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticələrdən sonra “Araz-Naxçıvan” 40 xalla 6-cı, “Sumqayıt” 30 xalla 7-ci, “İmişli” 32 xalla 9-cu, “Kəpəz” 24 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.