
Bunu “gece.ws”ya açıqlamasında “Kəpəz”in bıçaqlanan futbolçusu Veysəl Rzayev deyib.
Yarımmüdafiəçi onu bıçaqlayan şəxsi əvvəlcədən tanımadığını da bildirib: “Heç bir əlaqəm olmayıb, adamı tanımırdım. Yanımdakı dostum da futbolçudur (V.Rzayevin yanındakı “Şəki Siti”nin futbolçusu Nihat Fərəci olub)”.
V.Rzayev hazırda vəziyyətinin yaxşı olduğunu da sözlərinə əlavə edib: “Hazırda vəziyyətim yaxşıdır. Evdəyəm və sağalıram. Bir müddət bərpa getməlidir, yaralar sağalmalıdır. 15-20 gün ərzində həkimlərin dediyinə görə məşqlərə qayıdacam. Hazırda hərəkət edirəm, amma ağır nəsə olmaz. Yavaş-yavaş tam qaydasına düşəcək”.
Qeyd edək ki, Veysəl Rzayev fevralın 3-də mübahisə zəminində bıçaqlanıb. Hadisəni törədən şəxs poilis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.