Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.28.2026 | 21:54 | Baxılıb: 1187
“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze komandasının Misli Premyer Liqasının pley-off matçında “Mingəçevir” üzərində 2:0 hesablı qələbə qazanması haqda danışıb.

“gece.ws” xəbər verir ki, gürcü məşqçi “Qəbələ”nin qalibiyyətini şərh edib.

“Azarkeşləri bu qələbə münasibətilə təbrik edirəm. Bu qələbə vacib idi. Yaxşı oyun oynadığımıza və qalib gəldiyimizə çox şadam. Bu qədər şansımız olsa da, kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam. Bu oyunda çox çalışdıq. Güclü məşqçi ilə qarşılaşdıq - bu, onların üstünlüyü  idi. Amma daha güclü idik və layiqincə qalib gəldik”.

O, “Qəbələ”də qalıb-qalmayacağı ilə bağlı suala isə belə cavab verib: “Hazırda müqaviləm var. Başqa suallarınız varsa, kluba ünvanlaya bilərsiniz”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.