
“gece.ws” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabiq partiya lideri “prezidentin təhqir olunması” maddəsi üzrə bu cəzaya məhkum edilib.
Qeyd edək ki, Kılıçdaroğlu barəsində istintaq 2024-cü ildə, onun partiya sədri və millət vəkili kimi səlahiyyətləri başa çatdıqdan sonra başladılıb. Sabiq CHP lideri barəsində qərar 2014-cü ildə Mersin mitinqində, həmçinin 2016-cı ildə Ədirnədə etdiyi çıxışlar zamanı Ərdoğan barəsində işlətdiyi ifadələrə görə çıxarılıb.