Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.09.2026 | 23:49 | Baxılıb: 2915
Qarabağ bu gün Avropa Liqasında bu mövsüm ilk matçına çıxıb. Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub edib.

“gece.ws” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Vestri”nin baş məşqçisi Daniel Osafo-Bado oyun haqda fikirlərini bölüşüb:

“Çox çətin oyun oldu. “Qarabağ” keyfiyyət göstərdi. Oyunçularımın göstərdiyi oyundan razıyam, fəxr edirəm. Gözəl müdafiə olunduq. Üç qoldan ikisi səhvlərimizdən irəli gəldi. Oyunçularımdan razıyam”.

- Demək olar ki, daha böyükhesablı məğlubiyyətdən ehtiyat edirdiniz?

- Xeyr, xeyr. Səhv başa düşülməsin. Nəticədən məmnun qalmadım. Sadəcə qazandığımız təcrübədən və oyunçularımın performansından razı qaldım.

- Növbəti matç üçün nəyi dəyişməyi planlaşdırırsınız?

- Vaxtımız var. Buna ciddi fokuslanmalıyıq. Daha çox keyfiyyəti artırmalıyıq və topla oyunu da həmçinin.

- Oyunçularınızdan hansı məqamlarda razı qaldınız?

- “Qarabağ” fantastik oynadı. Onlara qarşı oynamaq çətindir. Rəqib boşluqlardan yararlandı. Eşitmişdim ki, kimlərsə ehtimal edirdi ki, “Qarabağ” bizə 10 qol vuracaq. İlk hissə 1:0 olsaydı, daha fərqli olardı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.