Klublarımız Çempionlar Liqası matçlarını bu ölkədə keçirəcək
Əlavə olunub: 04.01.2025 | 15:36 | Baxılıb: 1618
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi “Birbaşa Bakı” və gümüş mükafatçısı “Zirə”nin iştirak edəcəyi Çempionlar Liqasının hansı ölkədə keçiriləcəyi bəlli olub.
“gece.ws” xəbər verir ki, matçlar sentyabrın 17-dən 21-dək Sofiyada (Bolqarıstan) baş tutacaq. ÇL-dən bir həftə sonra isə orada ölkəmizi Avropa kubokunda “Aznur” təmsil edəcək.
Qeyd edək ki, Çempionlar Liqasının son qalibi “Birbaşa Bakı”dır.