Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.23.2026 | 21:30 | Baxılıb: 1977
Kolumbiyada hərbi nəqliyyat təyyarəsi qəzaya düşüb.

“gece.ws” xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Putumayo əyalətində baş verib.

Havaya qalxdıqdan az sonra yerə çırpılan təyyarədə ümumilikdə 110 nəfərin olduğu və onların 90 nəfərinin həlak olduğu bildirilib.

Kolumbiyanın müdafiə naziri Pedro Sançez açıqlama verərək qəzaya uğrayan təyyarənin “Hercules” tipli olduğunu deyib. O, ölənlər barədə konkret məlumat verməyərək baş verən olayın Kolumbiya xalqı üçün son dərəcə məyusedici olduğunu vurğulayıb.

***

Kolumbiyanın xilasetmə qurumlarının verdiyi məlumata görə, təyyarədəki şəxslərdən 57-si xilas edilib.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.