Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.02.2025 | 01:10 | Baxılıb: 2507
ABŞ immiqrasiya xidmətinin nəzarətində olan venesuelalı uşaqların anaları ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampdan kömək istəyib.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Latın Amerikası ölkəsinin prezidenti Nikolas Maduro bildirib.

“ABŞ-də qaçırılan bir, iki, üç və dörd yaşlı oğlan və qızların ana və nənələri Melaniya Trampa məktub göndərib, uşaq hüquqlarının müdafiəçisi olduğunu bildiyimiz birinci xanımla dialoq qurmağa çalışırlar”, - Maduro deyib.

O, həmçinin ABŞ-nin birinci xanımına bu məktublara cavab verməyə çağırıb.

Qeyd edək ki, Venesuela dəfələrlə Amerika administrasiyasına uşaqların geri qaytarılmasının vacibliyini çatdırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.