Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Konfrans Liqasında revanş günü
 
						Konfrans Liqasında revanş günü
Əlavə olunub: 04.17.2025 | 10:13 | Baxılıb: 1293
UEFA Konfrans Liqasında yarımfinalçılar müəyyənləşəcək.

“gece.ws” xəbər verir ki, bu gün turnirin 1/4 final mərhələsinin cavab qarşılşamaları keçiriləcək.

“Fiorentina” doğma meydanda “Sele”, “Çelsi” isə “Legiya” ilə üz-üzə gələcək. “Betis” Polşada “Yagelloniya”nın, “Yurqorden” isə “Rapid”in qonağı olacaq.

UEFA Konfrans Liqası
1/4 final, cavab oyunları

23:00. Fiorentina (İtaliya) – Sele (Sloveniya)
İlk oyun – 2:1

23:00. Yagelloniya (Polşa) – Betis (İspaniya)
İlk oyun – 0:2

23:00. Çelsi (İngiltərə) – Legiya (Polşa)
İlk oyun – 3:0

23:00. Rapid (Avstriya) – Yurqorden (İsveç)
İlk oyun – 1:0

Qeyd edək ki, UEFA Konfrans Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.