Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.16.2025 | 13:48 | Baxılıb: 9189
Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.

“gece.ws"in əldə etdiyi məlumata görə, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində səsləndirdiyi repdə söyüş və əxlaqsız ifadələrin yer almasının səbəb olduğu bildirilir.

Bakı bulvarındakı “EGP Arena”da baş tutan tədbir zamanı açıq məkanda ifa edilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

Hazırda reperlə bağlı araşdırma aparılır.

***

Konsertin keçirildiyi “EGP Arena” Su İdman Sarayının ərazisində yerləşir.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.