Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.03.2026 | 19:00 | Baxılıb: 10540
Dünyaşöhrətli kolumbiyalı müğənni Şakiranın Braziliyanın Kopakabana çimərliyi sahilində keçirilən pulsuz konsertinə rekord sayda tamaşaçı toplaşıb.

“gece.ws” xəbər verir ki, konsertə təxminən 2 milyon insan qatılıb.

Bu göstərici tədbiri son illərin ən böyük açıq hava konsertlərindən birinə çevirib.

İfaçı özü də tamaşaçı sayının çoxluğuna təəccübünü gizlədə bilməyib.

Konsert zamanı sahil boyunca uzanan izdiham və coşqulu atmosfer sosial şəbəkələrdə geniş müzakirə olunub.

Qeyd edək ki, bu miqyasda konsertlər nadir hallarda baş tutur və Şakiranın da karyerasının ən yadda qalan çıxışlarından biri kimi qiymətləndirilir.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.