Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.25.2026 | 18:42 | Baxılıb: 6291
Məşhur türkiyəli müğənni Hadisə Didimdə verdiyi konsert zamanı səhnəyə gətirilən körpəyə jest edib.

“gece.ws” xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Məlumata görə, müğənni körpəni qucağına alaraq ona 200 min TL (təxminən 7200 manat) dəyərində beşibiryerdə (red.-qızıl əşyası) göndərmək istədiyini bildirib və komandasından ailənin əlaqə məlumatlarını almasını xahiş edib.

Müğənninin bu jesti sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Hadisə daha əvvəl də uşaqları çox sevdiyini bildirib.

O, ən son Almaniyadakı konsertində pərəstişkarları ilə söhbəti zamanı ana olmaq arzusu barədə də danışmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.